Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:54

Avropa Şurasında Səməd Seyidovun "dublyonka"sını oğurlayıblar


Yanvarın 28-də Avropa Şurasının Fransanın Strasburq şəhərindəki binasında hamını təəccübləndirən bir hadisə baş verib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun "dublyonka"sı oğurlanmışdır.

Hadisə sözügedən mötəbər təşkilatda şok effekti doğurmuşdur.

Dəhlizlərdə gəzən xəbərlərdə "dublyonka"nın dəyərinin 3 min ABŞ dolları olduğu deyilirdi.

Məlumatı dəqiqləşdirmək üçün assambleyanın iclasından sonra S.Seyidovun özünə yanaşdıq. Səməd müəllim çox pərişan görünürdü və qolunun üstündə qara gödəkçə vardı.

Azərbaycan nümayəndə heyətinin rəhbəri məlumatı təsdiqləyib və deyib ki, Avropanın mərkəzində, özü də belə nüfuzlu təşkilatda başına belə bir iş gələcəyini ağlına da gətirməzmiş.

Onun dediyinə görə. hadisə binanın zallarının birindəki toplantı zamanı baş verib, onun "dublyonka"sı zaldan "yoxa çıxıb". Səməd müəllimin söylədiyinə görə, toplantıda AŞPA əməkdaşları və deputatlarından başqa heç kim yox imiş.

Binanın daxilində təhlükəsizlik kameraları olmadığı üçün "dublyonka"nın axtarışı çətinləşib, bu məlumatı hazırlayarkən üstündən 3 saat keçməsinə baxmayaraq gödəkçə tapılmamışdı.

S.Seyidov gödəkçənin dəyərinin 3 min dollar yox, 500-600 manat olduğunu deyib və əlavə edib ki, sessiyanı oğlunun qara gödəkçəsi ilə yola verməyə məcburdur.

Hazırda Strasburqda qar yağır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG