Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:14

Nazirliyə yenə də işdən çıxarılmış nazir rəhbərlik edəcək


Ukraynanın Daxili İşlər Nazirliyinə yenə də işdən uzaqlaşdırılmış nazir Juri Lutsenko rəhbərlik edəcək.

Ali Rada bundan əvvəl daxili işlər naziri Yuri Lutsenkonu istefaya göndərdi.

Lutsenko milisi seçkiqabağı mübarizəyə cəlb etməkdə ittiham olunur.

Amma hökumət iclas keçirərək onu baş nazirin müavini təyin etdi və baş nazirin səlahiyyətlərini də ona həvalə etdi.

Fevralın 7-də Ukraynada keçiriləcək prezident seçkilərinin ikinci mərhələsində Regionlar partiyasının lideri Viktor Yanukoviçlə, baş nazir Yuliya Timoşenko mübarizə aparacaq.
XS
SM
MD
LG