Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:26

İşğala son qoyulmayınca Türkiyə protokolları imzalamayacaq


“Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi əraziləri geri qaytarmayınca, Türkiyə münasibətlərin yaxşılaşması ilə bağlı protokolları təsdiqləməyəcək".

Bunu Azərbaycan prezidenti İlham Əliyev "Bloomberg" agentliyi və "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib.

İlham Əliyev qeyd edib ki , bölgədə belə bir ümumi anlayış mövcuddur ki, ilk addımı Ermənistan atmalıdır və o buna, işğal etdiyi əraziləri boşaltmaqla başlamalıdır.

İlham Əliyev Türkiyənin bu məsələni anlamasından tam məmnun olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG