Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:50

Əfqanlar zorakılıqdan əl çəkən həmyerlilərinə əl uzatmalıdır


Əfqan xalqı zorakılıqdan əl çəkən və dinc həyata dönmək istəyən həmvətənlərini hər vasitə ilə müdafiə etməlidi, onlara əl uzatmalıdır.

Bunu Əfqanıstan prezidenti Həmid Kərzai bu gün Əfqanıstanın inkişafıyla bağlı Londonda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Həmid Kərzai bundan əvvəl BBC-ə müsahibəsində ölkənin hələ təxminən 15 il beynəlxalq yardıma ehtiyacı olduğunu demişdi.

Böyük Britaniyanın baş naziri Qordon Braun isə konfransın açılışında deyib ki, Əfqanıstanda təhlükəsizliyə görə cavabdehliyin artıq bu ildən yerli qüvvələrə verilməsinə başlana bilər.


XS
SM
MD
LG