Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:23

İranda iki müxalifətçi asılıb


Bu gün səhər İranda iki nəfər asılıb. Onlar müxalifətin təşkil etdiyi etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunmuşdular. Edam olunanlar islam dövləti əleyhinə çağırışlar səsləndirməkdə, dövlətə qarşı çıxmaqda, terrorçu təşkilatlarla əməkdaşlıq etməkdə ittiham olunurdular.

Xəbəri İranın İSNA xəbər agentliyinin yayıb.

Ümumilikdə müxalifətin etiraz aksiyalarında iştirak etdiklərinə görə 11 nəfər ölüm hökmüylə cəzalandırılıb. Bu səhər asılanlar həmin 11 nəfərdən ikisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG