Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:56

Havalar istiləşir


Üç günlük şaxtadan sonra yaxın üç gündə Bakıda və Abşeron yarımadasında hava yaxşılaşacaq. Yağıntılar olmayacaq, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu müddət ərzində hava dəyişkən-buludlu olacaq, bəzi yerlərdə duman gözlənilir.

Cənub küləyinin sürəti 9-14 m/saniyə olacaq. Gecə saatlarında havanın temperaturu -2 dərəcəyədək düşəcək, günorta saatlarında +8 +12 dərəcə təşkil edəcək.

Rayonlarda havanın temperaturu gecə saatlarında -3 dərəcə, günorta saatlarında +6 +11 dərəcə olacaq.
XS
SM
MD
LG