Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:00

Bu gün 60 ölkə Əfqanıstanla bağlı toplaşır


Bu gün Əfqanıstan münaqişəsinin həlliylə bağlı strategiyanı müzakirə etmək üçün Londonda 60 ölkənin rəsmilərinin iştirakı ilə beynəlxalq konfrans işinə başlayır. Konfrans ərəfəsində prezident Həmid Kərzai deyib ki, əfqan qüvvələrinin ölkədə təhlükəsizliyi təkbaşına təmin etməyə qadir olması üçün hələ daha 5 il təlim keçməsi lazımdır.

Britaniya və Almaniya silahı yerə qoyan talibançıları işlə təmin etməyi və onların iqtisadi həvəsləndirilməsini nəzərdə tutan yüz milyonlarla dollarlıq planla çıxış edirlər.

XS
SM
MD
LG