Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

Gürcüstan Ermənistan-Türkiyə sərhədinin açılmasını istəyir?


Gürcüstan ümid edir ki, tezliklə Türkiyə ilə Ermənistan arasında sərhəd açılacaq. Yerevanda səfərdə olan Gürcüstanın baş naziri Nika Qilauri yanvarın 26-da həmçinin bildirib ki, Rusiyanı Gürcüstanla sərhəddə əsasən Ermənistanın istifadə etdiyi qapıları tezliklə açmağa çağırıb.

Baş nazirin prezident Sarkisyanla görüşündə də Gürcüstanla Ermənistanın münasibətləri “qardaşlıq əlaqələri” adlandırılıb.

Hər iki ölkənin baş naziri birgə elektrik stansiyanın tikintitisi barədə razılaşma imzalayıblar. Ermənistanın baş naziri deyib ki, bu ilin dövlət büdcəsində həmin stansiyanın tikintisi üçün pul da ayrılıb.

Keçən ay Moskva ilə Tbilisi Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars sərhəd keçid məntəqəsinin açılması barədə razılığa gəliblər. mart ayında açılması nəzərdə tutulan bu məntəqə 2006-cı ildə bağlı idi. Ondan əsasən Ermənistan Rusiyadan yük daşınması üçün istifadə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG