Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52
«Quba qırğınında Mircəfər Bağırov iştirak edib». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iştirak edən tarixçi Eldar İsmayılov Holokost qırğınını şərh edərkən bildirib.

Holokostla bərabər Quba qırğınından danışarkən Eldar İsmayılov çox maraqlı faktlar açıqlayıb:

- 1 may 1918– ci ildə Mircəfər Bağırov bolşevik dəstələrin tərkibində Qubaya daxil olub. Azərbaycanın keçmiş partiya arxivində Bağırovun izahatı saxlanılır. O yazır ki, onun öz qohumlarını da gözü qabağında qətlə yetiriblər. Amma o heç nə edə bilməyib.

Daha sonra söhbətə qoşulan Milli Məclisin İnsan haqları komitəsinin sədr müavini və millət vəkili Yevda Abramov da Quba qırğını barədə öz fikirlərini bildirib:

- Mən də qətliama qarşı olan insanam. Sivilizasiyaya qarşı hər hansı bir akt heç kim tərəfindən qəbul edilmir. Və Holokost yəhudi xalqının faciə günü kimi qeyd olunur. Bu, sonuncu deyil. 1918-ci ilin yazında erməni daşnakları yerli xalqlara qarşı soyqırımı törədib. Quba da bir Holokostdur. İnsanlar yandırılıb, qətl edilib. Bu gün o soyqırımının sübut etdirilməsi üçün məzarlıq da aşkar edilib

Söhbətdə o cümlədən, muzeylər barədə də maraqlı fikirlər səslənib.

Proqramda dinləyicidən gələn maraqlı smslər xüsusilə diqqət çəkib.

Onlardan birində səslənən, «muzeydə İlham Əliyevin rəsmi olacaqmı» sualına Yevda Abramov necə cavab verdi?

Quba qırğınında daha hansı adlar hallanır?

BU VƏ DİGƏR SUALLARA CAVAB TAPMAQ İSTƏYİRSİNİZSƏ PROQRAMI DİNLƏYİN VƏ FİKİRLƏRİNİZİ BİZİMLƏ BÖLÜŞÜN.

Şərhləri göstər

XS
SM
MD
LG