Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

«İnanmaq çətindir ki, 2 aya bu qədər əsər oxunub»


Şair Rasim Qaraca
Şair Rasim Qaraca
«İnanmaq çətindir ki, 2 aya bu qədər əsər oxunub».

Bu sözləri «İşdən sonra» proqramının qonağı olan şair Rasim Qaraca Milli Kitab Mükafatının (MKM) ekspert qrupunun qərarını şərh edərkən deyib.

Yanvarın 26-da MKM 20 ən yaxşı əsərin adını açıqlayıb. Rasim Qaraca bu mükafat üçün əsər təqdim etməyən yazarlardandır:

«Mən inanmıram ki Azərbaycanda hər hansı ədalətli seçim olsun. Həm də Azad Yazarlar Ocağında (AYO) qərara gəldik ki, bu müsabiqədə iştirak etməyək. Mən də AYO–nun qərarına sadiq qaldım. Müsabiqəyə 200– dən çox əsər verilmişdi. İnanmaq çətindir ki, o əsərlərin hamısını oxuyublar».

Rəşad Məcid isə MKM münsiflər heyətinin üzvüdür. O deyir ki, Rasim Qaraca iştirak etməsə də, AYO üzvləri müsabiqəyə qatılıblar. Elə ilk iyirmilikdə də Rafiq Tağı və Həmid Herisçini misal göstərmək olar.

MKM haqda tənqidi yazıları ilə seçilən Natiq Ədilovu isə ilk iyirmilik təəccübləndirib. Amma o deyir ki, AYO üzvlərindən olan Seymur Baycanın, Ələkbərin əsərləri də olsaydı, yaxşı olardı. Ədilovun fikrincə, onlar ilk iyirmilikdəki əsərlərdən daha güclü əsərlər yazır.

Rəşad Məcid bu fikirlə razı deyil.

Amma ortada bir müəmma qalır. Ən yaxşı iyirmi əsəri hansı əsərlərin arasından seçiblər?

MKM 265 müsabiqəçinin adını niyə açıqlamır? Natiq Rəsulzadə müsabiqədə iştirakını niyə inkar edir?

SİZ NECƏ, MKM-IN SEÇİMİ BARƏDƏ NƏ DÜŞÜNÜRSÜNÜZ? «İŞDƏN SONRA» PROQRAMINI DİNLƏYİB ŞƏRHİNİZİ YAZIN.
XS
SM
MD
LG