Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:42

Azərbaycanda medianın vəziyyəti pisləşib


Avropa Şurasında ATƏT-in mediya üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti və Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Endryu Makkintoş

Avropa Şurasına üzv ölkələrdə medianın vəziyyəti ilə bağlı mətbuat konfransı keçiriblər.

Mikloş Haraşti Azərbaycanda medianın vəziyyətinin pisləşdiyini deyib.

O bildirib ki, dəfələrlə Azərbaycanda olub və 3 dəfə prezident İlham Əliyevlə görüşüb, amma onun müşahidə elədiyi budur ki, Azərbaycanda jurnalistlər qeyri-jurnalistika ittihamları ilə həbs olunur.

O xüsusilə 2 bloggerin həbsinə toxunub.

Mikloş Haraşti deyib ki, onlar xüliqanlıq itihamı ilə həbs olunub, amma bu itiham ona saxta görünür.

Həmçinin Endryu Makkintoş deyib ki, o 2 il bundan əvvəl Azərbaycanda olub, amma həmin vaxtdan bu yana bu ölkədə jurnalistlərin vəziyyəti ilə bağlı elə bir müsbət dəyişiklik görməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG