Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:24
İsveçrənin Davos qəsəbəsində yanvarın 26-dan 31-ə qədər 40-cı Beynəlxalq İqtisadi Forum keçirilir.

DÜNYANI YENİDƏN QURMAQ

Biznes, siyasət, vətəndaş cəmiyyəti liderindən ibarət 2500 nəfər iştirakçı beş gün ərzində dünyanı narahat edən problemləri müzakirə edəcəklər. Təşkilatçılar budəfəki müzakirələrə «Dünyanın vəziyyətini yaxşılaşdırmaq: yenidən fikirləşmək, yenidən cızmaq, yenidən tikmək» adı qoyublar.

Forum iştirakçılarının yarıdan çoxu biznes sahəsinin - dünyaca tanınmış bankların, informasiya texnologiyaları və enerji sektorunun, səhiyyə və media qurumlarının nümayəndələridir.

Qeyri-biznes sahələrindən isə dünyanın inkişaf etmiş və sürətlə inkişaf etməkdə olan kiçik dövlətlərinin liderləri, nazirlər, böyük şəhərlərin merlər iştirak edirlər.

HANSI MÖVZULAR MÜZAKİRƏ OLUNACAQ?

200-ə qədər müxtəlif qruplarda müzakirə edilən maraqlı mövzular sırasında «21-ci əsrin təhlükəsizlik sisteminə yenidən nəzər», «Növbəti beynəlxalq böhran», «Ənənəvi elektrik lampaları problemi», «Başqa planetlərdə də həyat varmı?», «Materialların növbəti nəsli», «Jurnalistikanın gələcəyi» kimi onlarla mövzular var.

Azərbaycan prezidenti İlham Əliyev də Forumda iştirak etmək üçün Davosa gedib. Forumun internet saytında verilən məlumata görə o, yanvarın 28-də keçiriləcək «Qlobal enerji mənzərəsi» adlı müzakirədə iştirak edəcək. Kembric Enerji Araşdırmaları Assosiasiyasının direktoru Daniel Yerginin aparacağı bu müzakirədə dünyada daha təhlükəsiz və sabit enerji sistemi yaratmağın yolları müzakirə ediləcək.

İlham Əliyevdən başqa bu müzakirədə Total, Aramko, BP, Shell neft şirkətinin rəhbərləri iştirak edəcəklər.

İlham Əliyev Davosda, 29 yanvar 2009
Dünya İqtisadi Forumu bir müstəqil beynəlxalq təşkilat olsa da, onun təşkil etdiyi müzakirələrdə baş verən hadisələr və formalaşan fikirlər dünyada sonrakı proseslərə və dövlətlərarası münasibətlərə ciddi təsir edir.

Keçənilki forumda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İsrailin prezidenti Şİmon Peres arasında mübahisədən sonra bu iki müttəfiq dövlət arasında münasibətlər korlandı və rəsmilər arasında çəkişmə hələ də davam edir.

Bu qalmaqaldan savayı, keçənilki toplantıda formalaşan ideyalardan «Böyük Səkkizlik» ölkələri liderlərinin sonrakı aylarda keçirilmiş toplantısında beynəlxalq maliyyə böhranı ilə mübarizə üçün verilən qərarlarda istifadə edildi.

2008-ci ildə Davos müzakirəsində Yaponiyanın baş naziri qlobal istiləşmə ilə mübarizəyə 10 milyard dollarlıq fond yaradıldığını, Microsoft şirkətinin rəhbəri və xanımı isə kənd təsərrüfatının inkişafına 306 milyon dollar qrant verdiklərini bildiriblər.

1989-cu ildə Şərqi və Qərbi Almaniya rəhbərləri Almaniyanın birləşməsinin mümkünlüyünü müzakirə ediblər. 1988-ci ildə Türkiyə ilə Yunanıstan «Davos razılaşması» imzalamaqla müharibənin bir addımlığından dönüblər.

Ondan əvvəlki il – 1987-ci ildə isə Almaniyanın Xarici İşlər naziri iştirakçıları «Soyuq Müharibə»dən dönüş yaratmaq üçün SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçova şans verməyə çağırmışdı.

DAVOS POLİS RƏİSİNİN ÖLÜMÜ İLƏ BAŞLADI

Builki Davos görüşü isə böyük hadisələr baş verən bu balaca İsveçrə qəsəbəsində təhlükəsizliyi təmin edən polis rəisi Markus Reinhardtın ölümü ilə başlayıb. 61 yaşlı bu adam 26 il idi ki yerli polis idarəsinə rəhbərlik edirdi. Həmkarları onun yanvarın 27-də intihar etdiyini deyirlər, amma intihara səbəb də göstərmirlər.

Forumun özünün sonrakı təsirləri isə yəqin ki, yanvarın 31-dən sonra – tədbirin başa çatmasından sonra daha aydın bilinəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG