Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:48

Şadlıq evindən 300 min dollar aparıblar


Ötən gecə Bakıdakı şadlıq evlərinin birindən 300 min dollar oğurlanıb.

ANS PRESS-in Suraxanı Rayon Polis İdarəsinə istinadla verdiyi məlumata görə, ötən gecə 3 naməlum şəxs Qaraçuxur qəsəbəsindəki “Gilan” şadlıq sarayına basqın ediblər.

Onlar seyflərin birindən 150 manat götürüblər, içərisində 300 min dollar və müxtəlif sənədlər olan seyfi isə aça bilmədiklərindən özləri ilə aparıblar.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, axtarış gedir.
XS
SM
MD
LG