Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:42

Rusiyada xaricilərə hücum nisbətən səngiyib


Rusiyada millətçilik zəmnində törədilən hücumların sayı ötən illə müqaisədə azalıb.
“ Sova “ hüquq müdafiə təşkilatının yaydığı hesabatda belə deyilir.

Təşkilatın direktor müavini Qalina Kajevnikova bunun səbəbini Moskvadakı bir sıra nasist qrupların dağıdılması və ekstremistlərin ayrı-ayrı hücumlardan terorçuluq fəaliyyətinə keçməsi ilə izah edir.

Hüquq müdafiəçilərinin məlumatına görə ötən il Rusiyada millətçilik zəmnində törədilmiş hücumlarda 70 nəfər ölüb, 330-dan çox adam isə yaralanıb.
XS
SM
MD
LG