Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycandan olan hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Çingiz Qənizadə qurumun yüksək vəzifəli rəsmiləri ilə keçirdikləri görüşlərdə ölkədə insan haqlarının pozulması hallarına diqqət yönəldiblər.

N.Cəfəroğlunun AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar AŞ PA-nın insan haqları üzrə komissarı Tomas Hammerberqlə keçirdikləri görüşdə Azərbaycanda siyasi məhbuslar, söz və vicdan azadlığının vəziyyəti, vətəndaşların mülkiiyyət hüquqularının pozulması barədə danışıblar.

Qəzet redaktorları və bloqqerlərin həbsi, məscidlərin bağlanması və sökülməsi, Bakıda və regionlarda insanların evlərindən zorla çıxarılması və buna görə aşağı kompensasiyaların verilməsi, eləcə də Bənənyarda Aşura mərasimindən sonra dindarların həbsi hüquq müdafiəçilərinin görüşdə qaldırdığı məsələlərdəndir.

Hüquq müdafiəçiləri eyni məsələləri AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri, AQO Qrupunun nümayəndələri ilə görüşlərdə də qaldırıblar.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri olan N.Cəfəroğlu deyib ki, görüşlərdə son bələdiyyə seçkilərində baş verən saxtakarlıqlar haqqında da danışıblar. Amma eyni zamanda yeganə müsbət cəhət kimi seçkidən sonra bələdiyyə üzvü olan qadınların sayının əhəmiyyətli dərəcədə artdığını, 1 faizdən 29 faizə qalxdığını qeyd ediblər.

N.Cəfəroğlu bildirib ki, görüşlərdə parlament seçkiləri ərəfəsində müxalifətin durumu, seçki komissiyalarında siyasi qüvvələr arasında balans yaradılmasının vacibliyi də ifadə olunub.

«Bizə məlumat verildi ki, gələn aydan başlayaraq hər ay Avropa Şurasından Azərbaycana nümayəndə heyəti səfər edəcək. Onlar AŞ PA-nın müxtəlif qurumlarını təmsil etsələr də, koordinasiya olunan şəkildə siyasi məhbular, seçki və s. haqqında məsələləri yerində öyrənəcəklər. Seçkiyə 6 ay qalmış isə Avropa Şurasının təmsilçiləri müxalifət qurumlarının həm informasiya mənbələrinə, KİV-lərə əlyetərliliyinin artırılması, həm də ictimaiyyətlə görüşlərinin təşkilinə yardım etməyə çalışacaqlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG