Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

QHT-lər «Qrant haqqında» qanunun tələbindən narahatdırlar


Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları «Qrant haqqında» qanuna və bununla əlaqəli digər normativ hüquqi aktlara edilmiş sonuncu dəyişikliklərin tətbiqinin qeyri-hökumət təşkilatlarının fəaliyyətinə ciddi əngəllər törədəcəyindən dərin narahatlıq keçirir.

Bu haqda Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin bəyanatında deyilir. Sənəddə deyilir ki, bu dəyişikliklərə görə yalnız müvafiq hökumət qurumunda qeydiyyatdan keçməsi barədə sənəd almış qrant müqavilələri üzrə hər hansı əməliyyat aparmaq olar:

«Bu isə o deməkdir ki, hər bir ayrıca qrant fəaliyyəti üzrə hökumət qurumundan icazə alınmalıdır. Belə qaydalar məmur özbaşınalığına və korrupsiyanın genişlənməsinə şərait yaradır».

Bəyanatda deyilir ki, QHT-lərin Maliyyə Nazirliyinə bir neçə forma üzrə hesabatlar verməsı tələbi də narahatlıq doğurur:

«QHT-lərin maliyyə fəaliyyətinin təkmilləşməsinə və şəffaflaşmasına yönəlmiş olsa belə QHT-lərin qısa zamanda bu hesabatları hazırlamaq üçün imkanlarının olmaması nəzərə alınmalıdır».
XS
SM
MD
LG