Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:11

AŞ PA-nın insan haqları komissarı Naxçıvana səfər edəcək


Tomas Hammerberq
Tomas Hammerberq
Naxçıvandakı İnsan Haqlarının İnkişafı Resurs Mərkəzinin nümayəndələri İlqar Nəsibov və Məlahət Nəsibova Avropa Şurası Parlament Assambleyasının insan haqları komissarı Tomas Hammerberqlə görüşərək ona Naxçıvanda insan haqlarının vəziyyəti ilə bağlı məlumat veriblər. Naxçıvanlı nümayəndələr Bənənyarda polisin Aşura mərasiminə müdaxiləsindən sonra kənd sakinlərinin fiziki təqzyiqlərə məruz qaldığını, həbs edildiyini bildiriblər.

Bundan başqa, insan haqları komissarına bildirilib ki, Naxçıvanda insan haqları mütəmadi pozulur, ictimai təşkilatlar və jurnalistlərin öz peşə borclarını yerinə yetirməsi üçün normal şərait yaradılmır.

Görüşdə Norveçin Helsinki Komitəsinin rəhbəri Berit Linderman və «İnsan Haqları Evi»nin rəhbəri Anna Bonde də iştirak ediblər. Onlar Naxçıvandakı vəziyyətlə bağlı beynəlxalq təçkilatların daha çox iş görməsini arzuladıqlarını deyiblər.

Norveç Helsinki Komitəsinin rəhbəri B.Linderman Hammerberqə Naxçıvanda insan haqlarının vəziyyəti ilə bağlı «Naxçıvana: qaranlıq ada» adlı hesabatını da təqdim edib.

AŞ PA-nın insan haqları komissarı deyib ki, mart ayında Azərbaycana səfər edərkən Naxçıvana da baş çəkməyi və orada ictimai təşkilat və media nümayəndələri ilə görüşməyi düşünür.

Bundan qabaq Avropa Şurasından yalnız Azərbaycan üzrə həmməruzəçi Andres Herkel Naxçıvanda olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG