Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18
Bakıda yolların buz bağlaması nəticəsində 32 nəfər təcili yardıma müraciət edib. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından Rauf Nağıyevin AzadlıqRadiosuna bildirdiyinə görə, xəsarət alanlardan 28 nəfər hazırda xəstəxanaya yerləşdirilib.

Onlar əsasən yuxarı-aşağı ətrafların travması ilə müraciət ediblər.

Dünəndən paytaxtda hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimi ilə işləyir.

Şaxtalı hava yanvarın 28-nə kimi davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG