Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:19

Əfqanıstanın borcu silinir


Əfqanıstanın 1,6 milyard dollarlıq borcu silinəcək. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Əfqanıstana yardım üçün borcların silinməsini dəstəkləyir.

Fond bildirir ki, Əfqanıstan hökuməti böyük borclu kasıb ölkələrə yardım göstərilməsi üçün bütün şərtləri yerinə yetirib. Borcun əsas hissəsi məhz bu təşəbbüs əsasında silinir.

Bu arada yanvarın 28-də Londonda Əfqanıstanla bağlı beynəlxalq konfrans keçiriləcək, hərbi və iqtisadi yardım məsələsi müzakirə ediləcək.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Əfqanıstana yardım üzrə beynəlxalq konfransda iştirak edəcək. Konfrans çərçivəsində öz həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək. Gözlənilir ki, E. Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcək.
XS
SM
MD
LG