Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:08

Məhkum jurnalistlərin şəkilləri qaytarıldı


«Azadlıq» və «Yeni Müsavat» qəzetlərində Qənimət Zahid və Eynulla Fətullayevin şəkillərinin çapı bərpa olunub. Jurnalistlərin azadlığını tələb edən fotoşəkilli şüarlar yanvarın 26-da qəzet səhifələrindən çıxarılmışdı.

Qəzetlərin hər sayında dərc olunan şüarların çıxarılmasını həmkarlarından «Azadlıq»ın həbsdə olan baş redaktoru Qənimət Zahid özü xahiş etmişdi. Həbsdə olan jurnalistlərin hüquqlarının müdafiəsi məqsədilə bu aksiyanı bir neçə müxalifət qəzeti başlasa da, bu işi yalnız «Azadlıq» və «Yeni Müsavat» qəzetləri davam etdirirdi.

Qəzetin direktoru Azər Əhmədov yanvarın 26-da Azadlıq Radiosuna deyib ki, şüarların çıxarılması ictimaiyyətin narazılığı ilə qarşılanıb.

«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid 4 il müddətinə, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG