Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:53

Dövlət idarələrində niqaba məhdudiyyət qoyula bilər


Fransada bəzi dövlət idarələrində - məktəblər, xəstəxanalar və ictimai nəqliyyatda müsəlman qadınlara niqab taxmaq qadağan edilə bilər.

Fransa parlamentinin xüsusi komitəsi islami geyim olan niqabın qismən qadağan edilməsini tövsiyyə edib.

Komitə yaydığı rəydə niqabın həm özəl, həm də ictimai müsəssilərdə qadağan edilməsi barədə təklifi dəyərləndirib və bu geyimin qismən qadağan edilməsini tövsiyyə eləyib. Komitənin fikrincə, bu cür geyim Fransada qəbul edilən insan haqları normalarına düz gəlmir.

Bununla belə, sənəddə qeyd olunur ki, özəl müəssilərdə və şəxsi həyatda kiməsə niqab taxmağı qadağan eləmək yolverilməzdir.

Niqabla bağlı sənəd Fransa parlamentində müzakirəyə çıxarılacaq. Fransa Daxili İşlər Nazirliyinin məılumatına görə, ölkədə 2 minə yaxın müsəlman qadın niqab taxır və qərar birbaşa onlara təsir edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG