Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Haitidəki zəlzələyə gizli silah sınağı səbəb olub?


Haitidə Prezident Sarayı, 20 yanvar 2010
Haitidə Prezident Sarayı, 20 yanvar 2010
Yanvarın 12-də Haitidə baş verən zəlzələdən iki həftə keçir. Bəzi ölkələrin mətbuatı zəlzələyə ABŞ-ın gizli silah testi keçirməsinin səbəb olduğunu bildirir.

Bu ideya haradan qaynaqlanır bilinmir, ancaq məlumat yanvarın 18-də ilk dəfə olaraq Venesuela televiziyasının internet səhifəsində peyda olub. «Vive» televiziyası iddia edib ki, Rusiya Hərbi Dəniz Donanması ABŞ-ın uğursuz silah sınağını qeyd edib, bu sınaq isə Haitidəki dəhşətli zəlzələyə səbəb olub. Televiziya həmçinin yanvarın 9-da Şimali Kaliforniya yaxınlığında baş verən zəlzələnin də ABŞ-ın hərəkətləri ilə bağlı olduğunu iddia edib.

Məlumatda qeyd olunub ki, sınaqdan keçirilən dəniz silahının İran əleyhinə istifadəsi nəzərdə tutulur.

Televiziyanın məlumatından sonra Venesuela prezidenti Uqo Çaves şəxsən bu iddiaları təkrarlayıb. Kremlin ingilisdilli televiziya kanalı «Russia Today» də prezidentin çıxışını verib:

«ƏSAS HƏDƏF İRANI MƏHV ETMƏK VƏ ONU ƏLƏ KEÇİRMƏKDİR»


«Venesuela lideri Uqo Çaves yenidən ABŞ-ı Allahlıq etməkdə günahlandırıb, bu dəfə Haiti zəlzələsinin arxasında dayandığını deyib. İspaniyanın «ABC» qəzeti Çavesdən sitat gətirərək bildirib ki, ABŞ Hərbi Dəniz Donanması Haiti sahillərində güclü zəlzələyə səbəb ola bilən silahı suya buraxıb.
Çaves yenidən ABŞ-ı Allahlıq etməkdə günahlandırıb
Çaves deyib ki, bu dəfə silah sınaqdan keçirilib, ancaq əsas hədəf İranı məhv etmək və onu ələ keçirməkdir».

Ancaq «Russia Today», «ABC» məqaləsindən fərqli olaraq Rusiyanın Şimal Dəniz Donanmasının ideyanın əsas müəllifi olduğunu qeyd etməyib.

«Russia Today» əvvəllər də Amerika əleyhinə mövqe tutaraq, Haitini «işğal» etmək üçün böhrandan istifadə etdiyini bildirirdi.

Venesuela və Rusiya kanalının ardınca zəlzələ iddiasını bu dəfə İran televiziyası işıqlandırıb. İran mediası bir qədər də irəli gedib, bildirib ki, ABŞ-ın cənub komandanı, general-leytenant Ken Keen zəlzələ vaxtı Haitidə olub. Televiziyanın iddiasına görə, Vaşinqton komandanı Haitiyə əvvəlcədən ona görə göndərib ki, silah sınağının belə fəlakətli nəticə verəcəyini bilirdi.

8 İL ƏVVƏL GÜRCÜSTAN DA ZƏLZƏLƏYƏ GÖRƏ RUSİYANI GÜNAHLANDIRIRDI


Ədalət xatirinə demək lazımdır ki, Rusiyanın «Russia Today» televiziyası etiraf edib ki, «tektonik silahlar» konspirasiya nəzəriyyəçilərinin sevimli mövzusudur.
ABŞ hərbçiləri Port-o-Prensdə asayişi qoruyurlar
Məsələn, 8 il əvvəl Gürcüstan da zəlzələyə görə Rusiyanı günahlandırırdı:

«Tektonik silahların olması heç bir zaman sübut olunmayıb, ancaq konspirasiya nəzəriyyəçiləri tərəfindən tez-tez istifadə edilir. Məsələn, Gürcüstanın Yaşıl Partiyasının lideri 2002-ci ildə Gürcüstanda baş verın zəlzələyə görə Rusiyanı günahlandırıb».

Bu arada isə yanvarın 20-də Rusiyanın Şimali Dəniz Donanmasının sözçüsü «İnterfax» agentliyinə müsahibəsində deyilənləri təkzib edib və bunu «elmi fantastika» adlandırıb.

Sözçü deyib ki, donanmanın vəzifəsi fərqlidir, hər hansı ölkənin silah sınağı ilə əlaqəli təbii fəlakətlərini araşdırmaq deyil.
XS
SM
MD
LG