Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

Neft Fondu investisiya qaydalarına yenidən baxacaq


2010-cu ildə Neft Fondu aktivlərin sürətlə artmasını nəzərə alaraq öz investisiya qaydalarına yenidən baxacaq.

Hazırda aktivlərin diversifikasiyası barədə müəyyən təkliflər işlənilir.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümöv yanvarın 26-da keçirtdiyi mətbuat konfransında belə deyib: «Həmin təkliflər Neft Fondunun Müşahidə Şurasında müzakirə edildikdən sonra artıq formalaşmış halda prezidentə təqdim olunacaq. Təkliflər qəbul edildiyi təqdirdə investisiya qaydalarına müəyyən dəyişikliklər ediləcək».

Şahmar Mövsümovun sözlərinə görə 2009-cu ildə Neft Fondunun büdcə gəlirləri 8 milyard 200 milyon manata, büdcə xərcləri isə 5 milyard 300 milyon manata yaxın olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG