Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:05

Qaraçılara qarşı ayrıseçkilik qoyulur


Amnesty İnternational Rumıniya hökumətini qaraçılara münasibətə görə tənqid edib. Təşkilat hökuməti romalıları (qaraçıları) evlərindən çıxarıb, məcburən müvəqqəti daxma və xarabalıqlara köçürməkdə günahlandırıb.

Amnesty İnternational Rumıniyanın qaraçılara irqi ayrıseçkilik qoyduğunu və bununla beynəxalq insan haqları öhdəliklərinin pozulduğunu bildirir.

Təşkilat hökuməti romalıları təhlükəsiz ərazilərə köçürməyə çağırır.

Amnesty İnternational bildirir ki, Rumıniyada 2,2 milyon romalı ayrı seçkiliyə görə yoxsulluq içində yaşayır.
XS
SM
MD
LG