Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:58

Qənimət Zahidin istəyi yerinə yetirildi


Yanvarın 26-dan «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin səhifələrindən həbsdə olan jurnalistlər Qənimət Zahid və Eynulla Fətullayevə azadlıq tələb olunan fotoşəkilli şüarlar çıxarılıb. Şüarlar həmin qəzetlərin hər sayında dərc olunurdu.

Yanvarın 25-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyat yoldaşı Ayəndə Mürsəliyeva ilə görüşən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid həmkarlarına kampaniyanın dayandırılması xahişi ilə ismarış göndərib. A.Mürsəliyeva bildirib ki, Q. Zahid təklifini digər qəzetlər qoşulmadığından aksiyanın effektsiz olması ilə əsaslandırıb: «Deyir bu kampaniya ümumi xarakter almadı. Ona görə də «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə təşəkkür bildirərək təklif edir ki, bu ənənəyə son qoyulsun».

«Yeni Müsavat» və «Azadlıq» qəzetləri birgə məsləhətləşmə nəticəsində bu gündən fotoşəkilli şüarların nəşri dayandırılıb. /Mediaforum/
XS
SM
MD
LG