Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

Əfqanıstanın qonşuları İstanbulda toplaşır


Əfqanıstanın qonşu dövlətlərinin rəsmiləri bu gün İstanbulda görüşür. Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə ediləcək.

Görüşdə Əfqanıstan prezidenti Həmid Kərzayi, Pakistan prezidenti Asif Əlir Zərdari və İran, Çin, Tacikistan və Türkmənistan rəsmilərinin iştirakı gözlənilir. Eyni zamanda Britaniyanın XİN Devid Milibənd və digər ölkə və təşkilatların nümayəndələrinin də müşahidəçi qismində qatılacağı deyilir.

İstanbul görüşünün ardınca - yanvarın 28-də Londonda 60-dan çox ölkə rəsmisinin iştirakı ilə konfrans keçiriləcək, Əfqanıstanın hərbi və siyasi gələcəyi müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG