Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:18

Müsəlman qadın geyimlərinin qadağan edilməsi müzakirəyə çıxarılır


Yanvarın 26-da Fransa parlamentində komitələrin iclasında ictimai yerlərdə müsəlman qadın geyimlərinin qadağan edilməsi barədə qanun layihəsinin müzakirəsi planlaşdırılır. Komitənin layihəni parlamentə tövsiyə edəcəyi gözlənir.

Prezident Nikola Sarkozi artıq bildirib ki, Fransa müsəlman qadın geyimləri üçün münasib ölkə deyil.

Məsələni müzakirə edəcək parlament komitəsinin rəhbəri, kommunist deputat Andre Qerin bildirib ki, layihədə ictimai nəqliyatda, orta məktəblərdə, xəstəxana və ictimai idarələrdə bu cür geyimləri qadağan etmək nəzərdə tutulur.

Avropada ən böyük müsəlman icmasının yaşadığı Fransada ictimai məktəblərdə müsəlman qadınların baş örtüsünə hələ 2004-cü ildən qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG