Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

Qəzetlər Türkiyə-Ermənistan protokolları barədə


Hələ imzalayaq, ABŞ-ın xətrinə dəyməyək. Ondan sonra asandır.
Hələ imzalayaq, ABŞ-ın xətrinə dəyməyək. Ondan sonra asandır.
Həsən Pulur («Milliyyət»)

ERMƏNİ AÇILIMI


Bunun belə olacağı məlum idi, ancaq bir çox adam «Bişmiş aşa su qarışdırmayaq» deyə səsini çıxarmırdı. Açılım hay-harayında kürd açılımından sonra erməni açılımı da gündəlikdə idi. «Gündəliyə gəldi» nə deməkdir? Sürixdəki protokollların imza mərasimini xatırlamırsınızmı?

Qabaqda Türkiyə və Ermənistan xarici işlər nazirləri-əllərində qələmləri; arxalarında ABŞ və Avropanın güclü təmsilçiləri. Sanki «İşi uzatmayın, haydı, imzalayın» deyirlər. Əslində, bir müddət Ermənistan xarici işlər naziri, sünnətdən qaçan uşaq kimi, aradan çıxdı.

Protokolların əsas maddəsi nə idi? «Türkiyə Ermənistanla sərhəddi açacaqdır».Yaxşı, bəs azərbaycanlı qardaşlarımız necə olacaq? Ermənilərin işğal etdiyi Qarabağ necə olacaq?

Hələ imzalayaq, ABŞ-ın xətrinə dəyməyək. Ondan sonra asandır. Asan olan şey nədir? Azərbaycan prezidenti «Sözünüzü unutmayın» deyir. Bizimkilər də təminat üstündən təminat verirlər: «Qarabağ işğaldan azad edilməyənə qədər sərhəd açılmayacaq».

Qarabağ bir tərəfdə dursun - Ermənistan konstitusiyası necə olacaq? Bir də bu var: «Ermənistanın qüvvədə olan konstitusiyası Türkiyə sərhəddini tanımır və Şərqi Anadolunun mühüm bir hissəsini Qərbi Ermənistan kimi təqdim edir.Müstəqillik Bəyannaməsinin XI maddəsində bu sözlər var: Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda həyata keçirilən 1915-ci il soyqırımının tanınması üçün beynəlxalq miqyasda edilən ciddi-cəhdləri dəstəkləməkdədir.

HƏLƏLİK, BU CÜR, SONRA?

Yaxşı, biz bunları bilmirdikmi? Onlar «soyqırımı» deməkdən vaz keçmirlər. Konstitusiyaları da eləcə. Bəs onda bizim Şərq bölgəmiz, onların «Qərbi Ermənistan» dedikləri yer necə olacaq?

Bu da konstitusiyalarında var. Görün, nə deyirmişlər: «Ermənistan konstitusiyasının giriş bölümündə Müstəqillik bəyannaməsi var. Orada «Müstəqil Ermənistan Respubikasının Osmanlı vaxtı həyata keçirilən soyqırımı sistemli şəkildə xarici siyasət kanalı ilə beynəlxalq ictimaiyyətə qəbul etdirməsinə dair maddə vardır.Türkiyə iqtidarı bizimlə Protokolları imzalayarkən bu maddənin konstitusiyamızda olduğunu çox yaxşı bilirdi».

Hələlik, bu cür, sonra necə olacaq?

Heç narahat olmayın-günahı bizim boynumuza qoyarlar.

Başqa nə gözləyirdiniz ki?

Semih İdiz («Milliyyət»)

TÜRK-ERMƏNİ KONSENSUSU SƏMİMİYYƏT TƏLƏB EDİR


İndidən Ermənistan ilə münasibətlərin normallaşması prosesi çətin vəziyyətə düşdü. Həqiqət budur ki, bu prosesdə hər iki tərəf səmimi deyil. İndi gördükləri iş isə «diplomatik qaçdı-tutdu» oynamaqdan ibarətdir. Əslində Türkiyə və Ermənistan bu konsensus işinə bütünlüklə xüsusi səbəblərə görə girdilər. Bunu son günlərdə daha dəqiq şəkildə görürük. Buna görə də elə indidən bir-birlərini beynəlxalq ictimaiyyətə şikayət etməyə başladılar. Bu prosesdə Türkiyə tərəfindəki ümumi gözləntinin «erməni soyqırımı» iddialarına son qoyulması olduğu məlumdur.

Ankaranın «Qarabağ ön şərti» isə bu prosesə sonradan daxil edildi. Yoxsa Ermənistan ilə imzalanan protokollarda bu problemdən adı ilə bəhs edilmir. Bu məsələ Azərbaycanın qiyamət qoparandan və Türkiyədəki milliyyətçi təbəqələri hərəkətə gətirəndən sonra hökumətin gündəliyinə daxil oldu.

Bu durumda Ankaranın Türkiyə-Ermənistan sərhəddi məsələsi ilə bağlı olaraq müvafiq protokolda müəyyənləşdirilmiş təqvimi necə həyata keçirəcəyi məlum deyildir. Çünki Bakı bu sərhəddin açılmasına kəskin şəkildə qarşı çıxır.

Rusiyanın «Regnum» xəbər agentliyinin şərhçilərindən Stanislav Tarasovun «abhaber.com»da çıxan yazısına görə, əslində Ankara «Ermənistan ilə diplomatik münasibətləri sərhədləri açmadan yaratmaq istəyir». Ancaq beynəlxalq təcriddən xilas olmaq istəyən Ermənistan üçün sərhəddin açılması konsensus prosesinin vaz keçilməz şərtlərindən biridir.

«EDUARD NALBANDYAN» PROBLEMİ

Hal-hazırda Ermənistan tərəfində də suyu bulandıranlar var. Kars sazişini tanımayan radikal milliyyətçi ermənilərə görə, əslində Yerevan iqtidarı da rəsmən tanımaq istəmədiyi sərhəddin «məcburi keçid məntəqəsi» kimi açılmasını istəyir.
Protokolların əleyhdarları Ermənistan Konstitusiya Məhkəməsinin qarşısında etiraz edirlər, 12 yanvar 2010
Diplomatik münasibət yaradıb sərhəddi açmamaq qeyri-mümkün olduğu kimi, təbii ki, bu da qeyri-mümkün bir işdir.

Əgər doğrudursa, bu iddialar tərəflərin səmimi olmadığını görməyə də kifayət edir.Bu həftə Ankara Ermənistan Konstitusiya məhkəməsinin Sürix protokolları ilə bağlı qərarı barədə təfərrüatlı açıqlama verəcək. Keçən həftə məhkəmənin Sürix protokollarını şikəst etdiyini deyən Ankara, bizcə verəcəyi açıqlamada, stəkanın boş tərəfini göstərməyə çalışacaqdır.Bunun səbəbi də məlumdur.

«Azərbaycan faktoru» nəzərə alındığına görə, prosesin gecikdirilməsi bu mərhələdə Ankaranın işinə daha çox yarayır. Ermənistanı tanıyan mənbələrin dediyinə baxanda, Yerevanda bir «Eduard Nalbandyan» problemi yaşanırmış.

Xarici işlər naziri Nalbandyanın Türkiyəyə hərarətli baxmadığı, özünü radikallığa tərəfdar olan ermənilərə daha yaxın hiss etdiyi söylənilir. Əslində Nalbandyanın prezidentlik iddiasında olduğunu deyənlər də var. Protokollar imzalanarkən Nalbandyanın əvvəldən axıra turş sifətlə orda durmasından sonra bu rəvayətlərin düz ola biləcəyini düşünürük. Uzun sözün qısası, bu mərhələdə tərəflər enerjilərini konsensus prosesini irəliyə aparmaq üçün deyil, özlərini dünyanın nəzərində haqlı göstərmək üçün xərcləyirlər.

Bu çərçivədə baş nazir Ərdoğan da «Ermənistan Konstitusiya məhkəməsinin öz qərarını dəyişdirməməsi durumunda Türkiyə-Ermənistan münasibətlərinin normallarşdırılması prosesi dondurula bilər» dedi. Elə isə bu proses öz-özündən Qarabağa dair verilən öhdəliklərlə dayanmışdır. Bundan əlavə Ərdoğan dedi: «Biz imzaladığımız protokollarda heç bir dəyişiklik etmədən tez parlamentə təqdim etdik.Ancaq Ermənistanda protokollar bir əməliyyata məruz qaldı».

ƏRDOĞAN SƏMİMİ OLSAYDI

Ancaq (Ərdoğan) səmimi olsaydı, partiyasının güclü olduğu Məclisdən protokolların bir an əvvəl keçməsi üçün var gücü ilə çalışardı. O, burada məsuliyyətdən qaça bilməz. Əslində Ermənistan Konstitusiya məhkəməsi qəti şəkildə «protokollar dəyişəcək» demədi. Əsas cümləsində «protokollar konstitusiyaya uyğundur» dedi. Beynəlxalq hüquq da iki məclis tərəfindən təsdiq edilən protokolları əsas kimi qəbul edəcəkdir.

Bunlar olduğu kimi təsdiqlənərsə, Ermənistan Konstitusiya məhkəməsinin irəli sürdüyü söylənilən «soyqırımı ön şərti» də Ermənistanın həll etməsi lazım gələn daxili məsələsi olacaq. Xülaseyi-kəlam, tərəflərdə bu prosesi irəliyə aparma iradəsi olsaydı, bu iş bütün çətinliklərə baxmadan irəliləyərdi.

Ancaq mövcud durumda lazımi səmimiyyət və iradə yoxdur. Bunlar olmadığı müddətcə bu proses bir yerə vara bilməyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG