Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:22

Müxalifətin «iqtidarın dostu» adlandırdığı Çavuşoğlu AŞ PA prezidenti seçildi


Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu

Azərbaycan müxalifətinin «iqtdarın dostu» adlandırdığı türkiyəli deputat, Türkiyədə hakimiyyətdə olan AKP-nin təmsilçisi Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti seçilib.

Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Çavuşoğlunun seçilməsini tarixi hadisə adlandırıb. AzadlıqRadiosuna verdiyi açıqlamada o deyib ki, bu ilk növbədə birinci dəfə olaraq türk dünyasını təmsil edən şəxsin belə yüksək vəzifəyə seçilməsi baxımından əhəmiyyətlidir

- Digər tərəfdən bu, bəzən Avropa Şurasında müşahidə edilən ikili standartlara, o cümlədən xristian-müsəlman dövləti, köhnə demokratiya-təzə demokratiya, böyük dövlət-kiçik dövlətə münasibət kimi ikili standartlara bir növ cavabdır.

- Amma Çavuşoğlunu Azərbaycan müxalifəti ittiham edir. Onu Azərbaycandakı seçkiləri müşahidə edəndən sonra hakimiyyətyönlü mövqe bildirməkdə, seçki saxtakarlıqlarına haqq qazandırmaqda günahlandırır.

Səməd Seyidov
- AŞ PA-dakı seçki göstərdi ki, Çavuşoğluna qarşı bütün ittihamlar, onun hətta guya Azərbaycan iqtidarından pul alması kimi ittihamlar yalan və böhtan xarakterlidir. Hətta zərrə qədər də barəsində şübhə olan adamı AŞ PA prezidenti seçməzdilər. Bu günlərdə Avropa Parlamentində bir bolqar deputatı - ərinin cinayətkar qruplarla mümkün əlaqələri haqqında səslənən ittihamlara görə komissiya üzvü seçmədilər. Yəni Avropanı nə qədər tənqid etsək də, burada yoxlamağı yaxşı bacarırlar. Çavuşoğlu mərd və sözü üzə deyən adamdır. Belə adamın isə dostu çox olduğu kimi düşməni də çox olur.

Səməd Seyidov artıq Çavuşoğluna təbrik məktubu yazdığını da deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG