Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:30

Mehdi Kərrubi Əhmədinejadı prezident kimi qəbul etdi


İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubi Mahmud Əhmədinejadı prezident kimi tanıdı. Kərrubinin oğlu Hüseyn Kərrubi AzadliqRadiosunun fars xidmətinə bildirib ki, buna baxmayaraq, müxalifət lideri hələ də seçkinin saxtalaşdırıldığını düşünür:

- Atam deyir ki, hələ də prezident seçkisinin saxtalaşdırldığını fikirləşir. Amma deyir ki, ali dini rəhbər bu hökuməti təsdiq etdiyindən o da Əhmədinejadı prezident kimi qəbul edir. Yalnız ona görə ki, ali dini rəhbər bunu qəbul edir.

İranda prezident seçkisi keçən ilin iyununda keçirilib. O vaxtdan bəri müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi kimi müxalifət liderlərinin tərəfdarları kütləvi etiraz aksiyaları keçirərək seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz ediblər. Bu aksiyalarda çox sayda adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG