Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

Keçən il mətbuat azadlığına qarşı 325 fakt qeydə alınıb


Keçən il mətbuat azadlığına qarşı 325 fakt qeydə alınıb. Bu, Demokratik Jurnalistlər Liqasının 2009-cu il üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı apardığı monitorinqin nəticələrindən məlum olub.

2009-cu ildə iddiaların, cinayət işlərinin qaldırılması, rayon, apellyasiya və Ali Məhkəmədə gedən məhkəmə proseslərinin uzun müddət davam etməsi və təkrar gedişləri ilə bağlı 242 fakt, KİV əməkdaşının hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və dindirilməsi ilə bağlı 9 fakt, KİV əməkdaşının polis və mülki şəxslər tərəfindən döyülüb, mənəvi təzyiqlərə və hədə-qorxulara məruz qalması ilə bağlı 40 fakt, KİV-in yayımına qadağalarla bağlı 11 fakt qeydə alınıb. 4 KİV saytı texniki səbəblərdən işıq üzü görməyib, 6 KİV əməkdaşına hadisə yerindən informasiya toplamaq imkanı verilməyib.

Hesabatda deyilir ki, il ərzində 8 KİV-ə qarşı məhkəmələrdə 11 iddia qaldırılıb, 7 məhkəmə prosesi baş tutub. Məhkəmə iddiaları “Gündəlik Bakı”, “Nota”, ”Millətim”, “Yeni Müsavat”, “Ayan”, “Femida-007” qəzetləri, "FANAT.AZ saytı və AN onlayn televiziyasına qarşı olub. İddia ərizələrində cinayət məsuliyyəti ilə bərabər, 470 min manat təzminat ödəmək tələb olunub. Qaldırılan iddiaların 7-si Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə bağlı olub

Günün bütün mövzuları

XS
SM
MD
LG