Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

Temperatur 5-6 dərəcə aşağı düşəcək, qar yağacaq


Yaxın üç gündə Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq. Sulu qar və qar yağacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal küləyi əsəcək, arabir güclənəcək. Sonradan şimal küləyi zəifləsə də yağıntılı hava yanvarın 28-ə qədər davam edəcək. Havanın temperaturu 5-6 dərəcə aşağı düşəcək.

Dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Axşam və gecə saatlarında yağıntılar intensivləşəcək. Ayrı-ayrı rayonlarda yağıntı çox olacaq, güclü şimal küləyi əsəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG