Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Bu gün Azərbaycan və Ermənistan prezidentləri Medvedevin vasitəçiliyi ilə görüşəcək


Bu gün Soçidə Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri görüşəcək. Danışıqlara ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakovun (Rusiya) da qatılacağı bildirilir. Həmsədrlər yanvarın 22-də bölgəyə son səfərləri ilə bağlı bəyanat yayaraq prezidentlər İlham Əliyev və Serj Sarkisyana Madrid sənədinin yenilənmiş variantına son redaktələri təqdim etdiklərini vurğulamışdılar.

Azərbaycan və Ermənistan prezidentləri axırıncı dəfə keçən il noyabrın 22-də Almaniyanın Münhen şəhərində görüşmüşdü.

Münaqişədə üçüncü tərəflərin, xüsusilə də ATƏT-in vasitəçilik səyləri indiyədək nəticə verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG