Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:30

Qəzaya uğrayan şərnişin təyyarəsi Aralıq dənizinə düşüb


Bazar ertəsinə keçən gecə Efiopiyaya məxsus Boeng-737 təyyarəsi qəzaya uğrayıb. Xəbər verilir ki, təyyarə Beyrut hava limanından havaya qalxandan dərhal sonra dənizə düşüb.

Beyrutdan Efiopiyanın paytaxtı Ədis-Əbəbəyə uçan 80-dən artıq şərnişinin və 7 heyət üzvünün taleyindən hələ ki, xəbər yoxdur.

Xəbər agentlikləri Beyrut aerodromunun əməkdaşlarına istinadən məlumat yayıblar ki, təyyarənin qəzaya uğradığı yer artıq müəyyənləşib. Hadisə Livan paytaxtından 15 km aralı, Na`ameh şəhərindən isə 3,5 km məsafədə baş verib.

AFP-nin yaydığı məlumata əsasən yerli vaxtla saat 2.30-da havaya qalxan təyyarə 5 dəqiqədən sonra radarlardan itib. Onun gövdəsində yanğın baş verdiyi ehtimal olunur. Sahil boyu yaşayış məntəqələrinin sakinləri şahidlik edirlər ki, təyyarə dənizə düşmərkən onun alovlandığını görüblər.

Hazırda xilasetmə xidmətinin əməkdaşları ağır hava şəraitnidə dənizdə sağ qalan sərnişinləri axtarır.

Son günlər hadisə rayonunda güçlü yağışıar müşahidə olunurdu, Livanın bir sıra yaşayış məntəqələrində daşqınlar baş verirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG