Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:31

Masazırda duz zavodu tikilir


Masazır gölü ətrafında duz zavodu tikilir.

Dövlət İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev tikinti işlərinin yaxın 3 aya yekunlaşacağını bildirib.

Onun sözlərinə görə zavoda yodlaşdırılmış, ekoloji cəhətdən təmiz və keyfiyyətli duz buraxılacaq.

Hazırda Azərbaycanda yodlaşdırılmış duza tələbat illik 35-40 min tondur.

Yeni zavodda isə sutka ərzində 200 ton duz istehsalı nəzərdə tutulur.
XS
SM
MD
LG