Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:23

Polis Dəyərlər.org internet portalının əməkdaşını saxlayıb


Portalın baş redaktoru İlqar İbrahimoğlu AzadlıqRadiosuna belə deyib:

«Bu gün Fatmeyi Zəhra məscidinin qarşısına polisin yığışması barədə məlumat əldə etdik. Hadisə yerinə əməkdaşımız Babək Fərəcovu göndərdik. Məscidin qarşısına çatan kimi polis onu 33 saylı Suraxanı polis məntəqəsinə aparıb».

Baş redaktorun dediyinə görə, məntəqədə müxbirdən izahat yazması tələb olunub.

33 saylı Suraxanı polis məntəqəsindən isə məlumatı təkzib ediblər. Növbətçi hissəsindən AzadlıqRadiosuna Babək Fərəcov adlı müxbirin məntəqəyə gətirilmədiyini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG