Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:53

Maştağada partlayış, 3 nəfər yaralandı


Hadisə yerinə Sabunçu rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib
Hadisə yerinə Sabunçu rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib
Yanvarın 23-də saat 19:20 radələrində Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən evlərdən birində partlayış baş verib. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Zərdabi küçəsi, ev 10-da qaz sızmasından baş verib.

İnsident nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan ikisi az yaşlı uşaq, biri isə orta yaşlı kişidir.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

İnsident nəticəsində xəsarət alan 1995-ci il təvəllüdlü Rzayev Kamal Nizami oğlu 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Digər xəsarət alanlar isə, 1961-cı il təvəllüdlü Rzayev Nizami Kərim oğlu və onun qızı, 1993-cü il təvəllüdlü Rzayeva Zeynəb Nizami qızı Nərimanov rayon 5 saylı kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın Yanıq Mərkəzinin növbətçi həkimi Şöhrət Məmmədovun verdiyi məlumata görə, Rzayev Nizaminin vəziyyəti orta ağırdır. O, sağ yuxarı ətrafın yanığı və gövdənin sol yan hissəsinin yanığı xəsarətləri alıb.

17 yaşlı Rzayeva Zeynəbin vəziyyəti isə kritikdir. Onun bütün bədən səthi yanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG