Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu

Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri

24.1. Giriş-çıxış və tranzit gedişinə görə

24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:

24.1.1.1. yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün - 20 ABŞ dolları

21.1.1.2. sərnişin avtobusları üçün - hər bir icazə üçün. 10 ABŞ dolları.

24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı:

24.1.2.1. yük avtomobilləri üçün - hər bir icazə üçün - 100 ABŞ dolları

24.1.2.2. sərnişin avtobusları üçün - hər bir icazə üçün. 50 ABŞ dolları

24.1.3. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün:

24.1.3.1. yük avtomobilləri üçün - hər bir icazə üçün - 150 ABŞ dolları

24.1.3.2. sərnişin avtobusları üçün - hər bir icazə üçün. 75 ABŞ dolları

24.2. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə. hər bir icazə üçün 100 ABŞ dolları

24.3. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün. hər bir icazə üçün 600 ABŞ dolları

24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün:

24.4.1. yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün - hər bir icazə üçün 350 ABŞ dolları

24.4.2. avtobusların sərnişinsiz daxil olması üçün. hər bir icazə üçün 80 ABŞ dolları

24.5. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün hər bir icazə üçün 25 ABŞ dolları

24.6. Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda. hər bir icazə üçün 400 ABŞ dolları

24.7. “Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının satışı - hər bir vahidinə görə 500 ABŞ dolları

Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.
XS
SM
MD
LG