Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

Qiymətli kağızların qeydiyyata alınması üçün dövlət rüsumunun dərəcələri


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu

Maddə 21. Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələri



21.1. Qiymətli kağızların emissiya prospektinin qeydiyyata alınması üçün:

21.1.1. emissiya məbləği 99000 manatadək olduqda - 220 manat

21.1.2. emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda - 440 manat

21.1.3. emissiya məbləği 198000 manatdan çox olduqda - 880 manat

21.2. Depozit sertifikatlarının emissiyasının dövət qeydiyyatına alınması üçün - 1100 manat

21.3. Veksellərin dövlət reyestrinə daxil edilməsi üçün - 3 manat

21.4. Çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir çek kitabçası üçün). - 1 manat

21.5.İpoteka kağızının dövlət qeydiyyatı üçün - 5 manat

21.6. İpoteka kağızının əlavə qeydiyyatı üçün - 2 manat
XS
SM
MD
LG