Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22

Zəlzələdən 10 gün sonra sağ adam tapılıb


Zəlzələdən 10 gün sonra Haitinin paytaxtı Port-a-Prinse də tör-töküntülərin altından sağ adam çıxarılıb.

Onu İsraildən gəlmiş xilasedicilər tapıb.

21 yaşlı gənc xəsarət alsa da həyatı təhlükədə deyil.

Dünən isə 84 yaşlı bir qadın xilas edilib.

BMT-nin məlumatına görə yanvarın 12-də baş vermiş zəlzələdən bu yana 132 adam xilas edilib.

Zəlzələnin üstündən xeyli vaxt keçdiyinə görə, indi əsas diqqət evsiz qalmış insanlara yardıma yönəlib.

Zəlzələdə azı 200 nəfərin öldüyü, 3 milyona yaxın adamınsa yaralandığı təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG