Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:42

Rusiya İrana qarşı sanksiyalarda tələsməməyə çağırıb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov aparıcı dünya ölkələrini İrana qarşı yeni sanksiyalarda tələsməməyə çağırıb.

Lavrov bildirib ki, Moskva İrandan əməli hərəkət görmək istəyir.
Amma o eyni zamanda qeyd edib ki, təbii ki, Rusiya Tehranın BMT-nin təklifini qəbul etməməsindən narazıdır.

Bu plana görə Tehran onda olan az saflaşdırılmış uranı Rusiya və Fransaya göndərməli, əvəzində isə bu ölkələrdən nüvə yanacağı almalıdır.

Qərb İrana qarşı yeni sanksiyalar tətbiq edilməsinə çalışsa da Çin buna qarşı çıxıb.

Qərb ehtiyat edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir .
XS
SM
MD
LG