Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:43

Qusmana «Dostluq» ordeni verilib


«İTAR-TASS» agentliyi baş direktorunun müavini Mixail Qusmana “«Dostluq» ordeni verilib. Prezidentin imzaladığı sərəncamda deyilir ki, Azərbaycan ilə Rusiya arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mixail Solomonoviç Qusman «Dostluq» ordeni ilə verilir.

M. Qusman Bakıda anadan olub. 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunu, 1973-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1973-cü ildən 1986-cı ilə qədər Bakıda Azərbaycan Gənclər Təşkilatı Komitəsinin sədrinin müavini işləyib.

M. Qusman 2001-ci ildən Rusiyanın əməkdar mədəniyyət xadimidir. 2002-ci ildə «Formula vlasti» televiziya proqramına görə Rusiya Federasiyasının ədəbiyyat və incəsənət sahəsində dövlət mükafatına layiq görülüb. 2005-ci ildə «Dostluq ordeni» ilə mükafatlandırılıb. Elə həmin ilə Azərbaycan Prezidentinin sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG