Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:08

Azərbaycan Rusiyaya qaz tədarükünü bərpa edib


Azərbaycan Rusiyaya və respublikanın şimal rayonlarına qaz tədarükünü bərpa edib. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)-nə daxil olan «Azəriqaz» İB-dən deyilib.

«Qaz verilişi qaz sızması baş vermiş boru kəmərindəki işlərin başa çatdırılmasından sonra Bakı vaxtı ilə saat 10:00-da bərpa edilib», - İB-dən deyilib.

Qaz sızması Şirvanovka-Qazıməmməd qaz kəmərinin 380-cı kilometrliyində baş vermişdi. Qazıməmməd-Mozdok boru-kəməri vasitəsilə Azərbaycan qazı Rusiyaya tədarük edilir. Hazırda qaz sızması tamamilə aradan qaldırılıb.

Azərbaycan qazının Rusiyaya alqı-satqısına dair ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda ARDNŞ və «Qazprom» arasında imzalanıb. Bu müqavilə 2010-2014-cü illəri əhatə edir. /Trend/
XS
SM
MD
LG