Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:21

Azərbaycanda iş üçün fərdi icazə alan əcnəbilərin sayı 5 784 nəfərə çatıb


1 781 əcnəbi tikintidə çalışır
1 781 əcnəbi tikintidə çalışır
2010-cu il yanvar ayının 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən Azərbaycanda iş üçün fərdi icazə verilən əcnəbilərin sayı 5 784 nəfər təşkil edib ki, onlardan da 5 441 nəfəri kişi, 343 nəfər isə qadınlardır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əcnəbilərin

- 2 090 nəfəri mədənçıxarma sənayesində

- 1 781 nəfəri tikintidə

- 377 nəfəri emal sənayesində

- 317 nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsində

- 241 nəfəri nəqliyyat, anbar təsərrüfatı və rabitədə

- 199 nəfəri təhsil sahəsində

- 139 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət sahəsində

- 640 nəfəri başqa sahələrdə

əmək fəaliyyəti ilə məşğul olub. / APA /

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG