Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Neftçalada prezidentə müraciət edənlər polisə aparılır [Yenilənib]


«Kəndimizin dörd bir tərəfindən qaz havaya axır, amma bizim kəndimizə çəkilmir»
«Kəndimizin dörd bir tərəfindən qaz havaya axır, amma bizim kəndimizə çəkilmir»
Elektrik Təvəkkül Abbasovu artıq polis bölməsindən buraxıblar.

Məlumatı AzadlıqRadiosuna Yeni Qışlaq kənd orta məktəbinin müəllimi Tanrıverdi Hüseynov verib.

***

Neftçala rayonu Yeni Qışlaq kəndinin prezidentə müraciət edən sakinlərini polisə aparırlar.

Tarix müəllimi Tanrıverdi Hüseynov AzadlıqRadiosuna deyib ki, kənd sakinləri bir neçə gün əvvəl İlham Əliyevin kəndlərin qazlaşdırılmasıyla bağlı çıxışından ruhlanaraq ona müraciət ediblər. Amma müraciət hələ ünvanına çatmamış sakinləri həbs etməyə başlayıblar:

«Kəndimizin dörd bir tərəfindən qaz havaya axır, amma bizim kəndimizə çəkilmir. Biz də istəyirik ki, bu qazı 85-90 evdən ibarət kəndimizə çəksinlər».

Tanrıverdi Hüseynov deyir ki, kəndin elektriki Təvəkkül Abbasov hazırda polisdədir. O, müraciətin hazırlanmasında yaxından iştirak edib:

«Kənd icra nümayəndəsinin polisə verdiyi siyahı üzrə müraciətə imza atanlar polisə aparılır. Hətta Təvəkkül Abbasovun sərbəst buraxılması üçün onun yaxınlarından 800 manat pul istənilir».

Amma Neftçala rayon Polis Şöbəsindən Bəşirov familiyalı növbətçi bölməyə adam gətirilmədiyini deyir:

«Burda olsaydı, mən həmin adamı görərdim».

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycanda qazlaşmanın haradasa 85 faiz təşkil etdiyini bildirib:

«Bakının, böyük şəhərlərin demək olar ki, bütün yerləri qazlaşdırılıb. Amma rayonlarda elə deyil. Rayonlarda, rayon mərkəzləri və rayon mərkəzlərinə yaxın kəndlər qazlaşdırılıb, qalan kəndlərdə qaz yoxdur. İlk növbədə, biz bu məsələləri həll etməliyik».

Kənd sakinlərini deyir ki, onları prezidentə müraciət etməyə ruhlandıran da elə prezidentin özünün bu çıxışı olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG