Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:31

İnternetə video qoyan polisi tutdular (VİDEO)


Rusiyada youtube internet portalına video yerləşdirmiş keçmiş polis zabiti həbs olunub. O, videosunda Novorossiysk polisində xroniki korrupsiya olduğunu iddia edirdi.

Rusiyanın baş prokurorluğu keçmiş zabit Aleksey Dımovskinin saxtakarlıq və vəzifədən sui-istifadə etməkdə ittiham edildiyini bildirib. Dımovskinin özü isə bu ittihamın əsassız olduğunu deyib.

Keçən ilin noyabrında internetə yerləşdirdiyi video ilə beynəlxalq diqqəti özünə cəmləmiş keçmiş zabit Baş nazir Vladimir Putini Novorossiyskdə korrupsiya ilə mübarizə aparmağa çağırmışdı. O, Novorossiyskdə polis rəislərini ittiham edirdi ki, onlar öz statistik məqsədlərinə nail olmaq üçün polis əməkdaşlarını günahsız adamları tutumağa məcbur edirlər. İnternetdə yerləşdirilmiş bu videoya o zaman bir milyondan çox adam baxmışdı.

Dımovskinin videosuna burada baxın.

Günün bütün mövzuları

XS
SM
MD
LG