Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:39

Medvedevin demokratiya vədləri, Putinin də narahatlığı var


Bu gün Kremldə Rusiya Dövlət Şurasının iclasında Prezident Medvedev siyasi sistemdə islahatlarla bağlı bəzi planlarını izah edib. Medvedev bildirib ki, hazırda Rusiya cəmiyyətində olduqca çox sayda qruplar, siyasi baxışlar mövcuddur. Hakimiyyət də həmin qruplara nəzarət etməkdənsə, onlarla əməkdaşlıq etməyi üstün tutumalıdır.

Medvedev deyib ki, bütün əyalətlərin rəhbərləri istisnasız olaraq yerli ictimai-siyasi qruplarla əməkdaşlıq etməlidirlər. Hətta, bu qruplar nə qədər kiçik olsalar belə, onlarla əməkdaşlıq qurulmalıdır.

Rusiya prezidenti deyir ki, regional qanunvericilik orqanlarında bir qrupun olması, kifayət deyil. Medvedev əlavə edib ki, həmin orqanlarda heç iki qrupun olması da arzuolunan deyil, orada daha çox qruplar təmsil olunmalıdırlar.

İclasda iştirak edən Baş nazir Vladimir Putin isə deyib ki, siyasi sistemin islahatında olduqca diqqətli olmaq lazımdır ki, bu, nə xaosa, nə də despotizmə çevrilməsin:

- Biz siyasi sistemin islahatlarında olduqca diqqətli olmalı, Rusiyada siyasi həyatın ukraynalaşmasına imkan verməməliyik. Nə də biz o biri tərəfə, təəssüf ki, keçmiş sovet məkanında mövcud olan totalitarizm və despotism cərgəsinə düşməməliyik.

Bəzi siyasi fiqurlara işgəncə verilməsi barədə məlumatlara toxunan Vladimir Putin deyib ki, bu cür qanunsuz hallar qətiyyən yolverilməzdir. Artıq prezident hüquq-mühafizə orqanlarına bununla bağlı göstəriş verib. Hökumət səviyyəsində də onun aparatı belə halların qarşısının alınması üçün hər şey edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG