Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:36

Lavrov prezidentlərin növbəti Qarabağ danışıqları barədə


“Biz ümid edirik ki, prezidentlər Serj Sarkisyan və İlham Əliyev Soçidə Qarabağa dair keçən il aparılmış danışıqları davam etdirəcəklər”. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Lavrov deyir ki, müzakirələr intensiv şəkildə davam etdirilir və bu münaqişənin həlli üçün aparılan danışıqlarda uğursuzluq kimi izah edilə biləcək heç bir şey yoxdur.

Rusiyanın Xarici İşlər naziri deyib ki, bu cür dialoqlar iki lider arasında münasibətləri sıxlaşdırır və bu qarşıda duran problemlərin həlli üçün olduqca vacibdir.
Sergey Lavrov bildirir ki, Kreml nəticəsi iki prezidentin özündən asılı olacaq müzakirələrin davam etdirilməsini Kreml həmişə çox fəal şəkildə müdafiə edib.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü yanvarın 25-ə planlaşdırılır. Görüşdən əvvəl danışıqlara vasitəçilik edən həmsədrlər Qarabağ münaqişəsinin həlli üçün təklif edilmiş Madrid prinsiplərinin yenilənmiş variantını bəzi düzəlişlərlə Ermənistan prezidentinə veriblər.

Madrid prinsiplərində Qarabağ münaqişəsinin dövlərlərin ərazi bütövlüyü ilə millətlərin öz müqəddəratını təyin etmək prinsipinin uzlaşdırılmasını nəzərdə tutur.

Prezidentlərin Soçi Görüşündə Rusiyanın dövlət başçısı Dmitri Medvedev də iştirak edəcək.
XS
SM
MD
LG