Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:04

Şairəni ruhi xəstəxanaya göndəriblər


Yulya Privedynnaya
Yulya Privedynnaya
Tanınmış hüquq müdafiəçisi Sergey Kovalyov məhkəmənin şairə Yuliya Privedyonnayanı ruhi xəstəxanaya göndərmək qərarını pisləyib. (New York Times)

Hüquq müdafiəçisi bunu

“SOVET DÖVRÜNƏ QAYIDIŞ”

kimi qiymətləndirib. “O vaxt da hökumət dissidentləri susdurmaq üçün onları ruhi xəstəxanalara salırdı”.

Privedyonnayanı, mənsub olduğu ədəbi qrupun himayəsində olan uşaqlarla pis rəftarda təqsirli biliblər. Onu 2008-ci ildə qanunsuz silahlı birləşməyə üzv olmaqda da ittiham etmişdilər.

Ali Məhkəminin qərarı ilə o, Moslvadakı Serbski Ruhi Xəstəxanasında bir ay müayinə edilməlidir. Əgər sağlamlığında problem olduğu aşkarlanarsa, Privedyonnaya məcburi müalicə olunmaq üçün ruhi xəstəxanaya salınacaq. Sağlam olması “aşkarlanarsa”, şairəni uzunmüddətli həbs cəzası gözləyə bilər.

Serbski Ruhi Xəstəxanasından sovet dövründə dissidentlərin “məcburi müalicəsi” üçün də istifadə edilib.

Privedyonnayanın üzv olduğu PORTOS təşkilatı (Poetizirovannoye Obyedeneniye Razrabotki Obşenarodnoqo Sçastya) özünü fəlsəfi qrup adlandırır və “poeziya vasiyəsilə cəmiyyətdə xoşbəxtliyi yaymağa”, cəmiyyətinin xoşbəxtliyinə nail olmağın yollarını aramağa çalışır.

Bu, Moskva ətrafında – Moşkovo kəndində yaşayan bir icma olub.

Privedyonnaya (sağda) hüquq müdafiəçiləri ilə birgə Serbski Ruhi Xəstəxanasına gəlib.
Buna - muxtar bir icma da demək olardı. Onların 40-can yük maşını vardı və un və başqa mallar daşımaqla pul qazanıb dolandırdılar.

Amma 2000-ci ildə milis onların icmasına hücum edərək yük maşınlarını və 20-cən silahı müsadirə edib.

Bundan sonra təşkilatın 4 rəhbərini qanunsuz silahlı birləşmə yaratmaqda və uşaqlarla pis rəftarda ittiham edərək həbs cəzasına məhkum eləyiblər.

PİFAQOR+LENİN


Təşkilatın saytında bildirilir ki, onların ideologiyası qədim yunan filosofu Pifaqorla sovet dövlətinin qurucusu Leninin fikirlərinə əsaslanır.

Privedyonnaya və həmkarları deyir ki, silahı qanuni şəkildə alıblar və öz əmlaklarını - cinayətkar qrupların əlinə keçməkdən qoruyublar.

İcmaya qarşı təzyiqləri pisləyən qəzetlər uşaqların döyülməsi ittihamını qondarma adlandırıblar.

“Zavtra” qəzeti yazıb ki, sadəcə icmada alkoqollu içki içmək, siqaret çəkmək, söyüş söymək qadağan olunub və buna əməl etməyənlər “porka” cəzasına məruz qalıb, yəni qayışla döyülüb.

Özü sovet dövründə dissident olmuş Kovalyov deyib ki, indiki Rusiya rəhbərliyi uzun müddətdir ki, “siyasi sabitlik” yaratmağa çalışır:

“Bəzi rejimlər var ki, fərqli düşünənlərdən qorxur. Privedyonnayanın yeganə günahı

“HAMI KİMİ DÜŞÜNMƏMƏSİ,

fərqli düşüncəyə malik olmasıdır”.

Kovalyov axır illərdə Rusiyanın müxtəlif bölgələrində məmurları tənqid edən bəzi jurnalistlərin də ruhi xəstəxanalara göndərildiyini xatırladıb.

Privedyonnaya və onun həmkarları – onların himayəsində olmuş uşaqların müstəntiqlər tərəfindən qorxudulduğunu və bu yolla onlardan hamayədarları əleyhinə ifadə alındığını deyirlər.

“New York Times” yazır ki, kənardan PORTOS qorxunc yox, ekssentrik görünür. Onların Ukraynadakı icması bildirir ki, klassik musiqinin mal-qaraya təsiri haqqında təcrübə keçiriblər və bunun süd istehsalına müsbət təsir etməsi qərarına gəliblər.
XS
SM
MD
LG