Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:29

Davudoğlu Yerevandan əlavə izahat gözləyir


Türkiyənin Xarici İşlər naziri Yerevandan Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı əlavə izahat gözləyir. Nazir Əhməd Davudoğlu bu gün bildirib ki, Ermənistanın Konstitusiya məhkəməsinin Türkiyə ilə münasibətlərin normallaşdırımasına dair protokollar haqqında bu yaxınlarda verdiyi qərar həmin sənədlərdə nəzərdə tutulan prinsiplərə ziddir.

Oktyabr ayında hər iki tərəfdən Xarici İşlər nazirlərinin imzaladığı protokollarda Osmanlı dövründə Türkiyə ərazisində ermənilərin kütləvi qırılması haqqında iddiaların araşdırılması üçün birgə komissiyanın yaradılması nəzərdə tutulur. Türkiyədən verilən məlumata görə indi məhkəmə qərar qəbul edib ki, bu komissiyanın məqsədi həmin iddianı araşdırmaq yox, iki xalq arasında etimad yaratmaq olmalıdır.

Ermənistanın Xarici İşlər naziri də Ankaranı normallaşma üçün yeni şərtlər irəli sürməkdə edir. Türkiyə rəsmiləri bildirirlər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymayınca, sərhədi açmayacaq.
XS
SM
MD
LG